Reklam və Marketinq Sahəsinin
İnkişafına Dəstək” İctimai Birliyi və Promosyon və Çap Sənayesi İş Adamları Dərnəyi
arasında əməkdaşlıq memorandumu imzalanıb
3 noyabr 2024-cü il tarixində
İstanbulda keçirilən “PROMOGIFT” sərgisi çərçivəsində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək”
İctimai Birliyi (RMİD) ilə Promosyon
və Çap Sənayesi İş Adamları Dərnəyi (PROMASİAD) arasında əməkdaşlıq
memorandumu imzalanmışdır.
RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və PROMASİAD-ın
İdarə Heyətinin sədri Ömer Karatemiz
tərəfindən imzalanan memorandumun məqsədi; Azərbaycan və Türkiyə üzrə reklam fəaliyyətləri istiqamətində təcrübə
mübadiləsinin aparılması, əməkdaşlıq münasibətlərinin genişləndirilməsi
və ortaq layihələrin icra olunmasıdır.
PROMASİAD-ın İdarə Heyətinin sədri Ömer Karatemiz başda olmaqla, bütün PROMASİAD nümayəndə heyətinə “PROMOGIFT” sərgisinə dəvət üçün təşəkkür edirik və yüksək səviyyəli qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk.